Azərbaycan rusiyalı biznesmeni beynəlxalq axtarışa verib. Lent.az-ın məlumatına görə, İnterpol-un rəsmi saytında rus iş adamı Vadim Buqayev haqqında məlumat yerləşdirilib. 32 yaşlı V.Buqayevin qeyri-qanuni biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir.
Lent.az-ın əldə etdiyi məlumata görə, V.Buqayev brend tekstil mallarının satışı ilə məşğul olurmuş. Onun konkret hansı cinayət əməlində təqsirləndirilməsi bildirilmir.