Abşeronda yolu keçən iki nəfəri avtomobil vurub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 21-i saat 23 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobil yolu keçən qəsəbə sakinləri Gülnarə Zeynalova və Fəqan Əhmədovu vurub.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib.