Avtomobil 80 metr yüksəklikdən aşdı: ölən var
28 noyabr 2013 18:54 (UTC +04:00)

Avtomobil 80 metr yüksəklikdən aşdı: ölən var

Lənkəran-Lerik yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Cənub TV-yə istinadən verdiyi məlumata görə, bu gün saat 14 radələrində Lənkəran-Lerik avtomobil yolunun 19-cu kilometrliyində, rayonun Təngivan kəndindən keçən hissəsində 51 yaşlı Şahverdiyev Akif Əziz oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil Lerik istiqamətində hərəkətdə olarkən 80 m dərinlikdə olan dərəyə aşıb. Nəticədə sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Avtomobil isə yararsız vəziyyətə düşüb.

Hadisənin dəqiqi səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1042

Oxşar yazılar