Atəşkəs bu gecə də pozuldu
28 avqust 2014 10:02 (UTC +04:00)

Atəşkəs bu gecə də pozuldu

Ermənilər cəbhə xəttində növbəti dəfə atəşkəsi pozub. Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Sarıcalı, Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. 
 

Düşmən cavab atəşi ilə susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 669

Oxşar yazılar