Astarada arvadının qulağını kəsən kişinin məhkəməsi başlayır
06 dekabr 2013 17:57 (UTC +04:00)

Astarada arvadının qulağını kəsən kişinin məhkəməsi başlayır

Astara rayonunda arvadına dəhşətli işgəncələr verməkdə təqsirləndirilən 33 yaşlı Çingiz Mehdiyevin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, materiallar məhkəməyə göndərilib. APA TV-nin xəbərinə görə, məhkəmə baxışı hakim İsmayıl Əbdülrəhmanlının sədrliyi ilə kecəçək. Astara rayon məhkəməsindən bildirilib ki, artıq tərəflərə bildiriş göndərilib.
 
Çingiz Mehdiyev 9 il öncə ailə qurduğu 28 yaşlı həyat yoldaşı Nisə Xəlilovaya qarşı zor tətbiq etməkdə, onun əl-qolunu bağlayaraq işgəncələr verməkdə, müxtəlif bədən xəsarətləri yetirməkdə təqsirləndirilir. O, arvadına fiziki zor tətbiq edərək, saçlarını qırxmış, qulaqlarını kəsmişdi. Bu hadisə böyük hay-küyə səbəb olmuşdu. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadın həkimlərin səyi nəticəsində sağ qalmışdı.
 
Onun barəsində Cinayət Məcəlləsinin 145-ci maddəsi ilə cinayət işi acılıb. Cingiz Mehdiyevin anası Həyat Mehdiyevanın APA TV-yə verdiyi məlumata görə hazırda birgə nigahdan olan iki övladı onun himayəsindədir. Məhkəmənin hazırlıq iclası dekabrın 10-a təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 925

Oxşar yazılar