Ali Hərbi Məktəbin sabiq rəisinin şikayəti təmin olunmayıb
16 yanvar 2014 20:00 (UTC +04:00)

Ali Hərbi Məktəbin sabiq rəisinin şikayəti təmin olunmayıb

0
Bu gün Bakı Apellyasiya Məhkəməsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) keçmiş rəisi, polkovnik Mirzəli Yusifovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bakı Apellyasiya Məhkəməsindən APA - ya verilən məlumata görə, M. Yusifovun barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayətinə hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə baxılıb. Hakim birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb və apellyasiya şikayəti təmin edilməyib.

 

Xatırladaq ki, AAHM-in sabiq rəisi M. Yusifov bir neçə gün əvvəl həbs edilib. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.


Qeyd edək ki, M. Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən M. Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini icra edib. Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra M. Yusifov vəzifədən uzaqlaşdırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1606

Oxşar yazılar