Ağstafada dəhşətli qəza
08 iyun 2013 11:43 (UTC +04:00)

Ağstafada dəhşətli qəza

 Bakı-Qazax magistralının 450-ci kilometrliyində 2 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

 

Baş Dövlət Yol Polisi İdarəsinin tədqiqatçısı Azər Hüseynovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, hadisə ötən gecə saat 01.00 radələrində Ağstafa rayonu ərazisində qeydə alınıb. Bakı istiqamətdə hərəkətdə olan 30 yaşlı Rafiz Əmiraslanovun idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla 27 yaşlı Tural Nəsirovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub. Hadisə nəticəsində sürücülərdən biri i Rafiz Əmiraslanov hadisə yerində, digər sürücü Tural Nəsirov isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qəza zamanı 4 yaşlı sərnişin Fərid Əmiraslanov, Qazax rayon Alpout kənd sakini 44 yaşlı Qiyas Sarıyev və Ağstafa rayon Göycəli kənd sakini, 30 yaşlı Anar Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onların səhhətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

# 2449
avatar

Oxşar yazılar

Salyanda maşın piyadanı vurub öldürdü

Salyanda maşın piyadanı vurub öldürdü

27 may 2024 , 00:46
Azərbaycanlıların yaşadığı 15 kəndlə əlaqə kəsidi

Azərbaycanlıların yaşadığı 15 kəndlə əlaqə kəsidi

26 may 2024 , 18:52
Kür məcradan çıxır

Kür məcradan çıxır

26 may 2024 , 16:21
Astaraya qonaq gedən əcnəbi kürəkən  öldü

Astaraya qonaq gedən əcnəbi kürəkən öldü

26 may 2024 , 14:06
Qazaxda çay daşdı - YENİLƏNİB

Qazaxda çay daşdı - YENİLƏNİB

26 may 2024 , 12:53
Siyəzəndə 45 yaşlı kişi  özünü güllələdi

Siyəzəndə 45 yaşlı kişi özünü güllələdi

26 may 2024 , 11:43
Bakıda yaşayış binasında YANĞIN

Bakıda yaşayış binasında YANĞIN

26 may 2024 , 10:13
Nardarandakı bu çimərliklə bağlı  QƏRAR

Nardarandakı bu çimərliklə bağlı QƏRAR

25 may 2024 , 22:57