Ağdaşda itgin düşən qadın tapılıb
24 sentyabr 2013 21:01 (UTC +04:00)

Ağdaşda itgin düşən qadın tapılıb

Ağdaş rayonunda həyat yoldaşını və azyaşlı övladlarını tərk edərək naməlum istiqamətə gedən və polis əməkdaşları tərəfindən itkin kimi axtarılan qadın tapılıb. Ağdaş rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Yeniarx kənd sakini 24 yaşlı Pərvanə Həsənova avqustun 31-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Üç uşaq anası olan və həyat yoldaşı ilə birgə yaşayan Pərvanə Həsənova barəsində Ağdaş rayon Polis Şöbəsi tərəfindən itkin düşmüş kimi axtarış işi açılıb. Polis əməkdaşları 23 gündən sonra Pərvanə Həsənovanı Bakı şəhərindən taparaq ailəsinə təhvil veriblər. 

 

# 1764
avatar

Oxşar yazılar