Ağcabədidə silah-sursat tapılıb
16 yanvar 2014 13:34 (UTC +04:00)

Ağcabədidə silah-sursat tapılıb

0

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və “Dayaq” təşkilatı tərəfindən Ağcabədi rayonunda 5 ədəd mina və tank mərmisi tapılıb.


 

APA-nın Qarabağ bürosunun məlumatına görə, əməliyyatlar zamanı tapılmış minalardan üçü TM-57, ikisi TM-62 markalı tank əleyhinə mina olub. Bundan başqa, müharibə dövründən qalmış 100 mm-lik bir ədəd  tank mərmisi aşkarlanıb.

 

Döyüş sursatları bu gün təhlükəsiz əraziyə aparılaraq partlayış yolu ilə zərərsizləşdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 904

Oxşar yazılar