Abşeronda ağır qəza: ölən və xəsarət alanlar var
27 sentyabr 2013 10:42 (UTC +04:00)

Abşeronda ağır qəza: ölən və xəsarət alanlar var

Azərbaycanda ağır yol qəzası baş verib.


 

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Fatmayı-Mehdiabad yolunda qeydə alınıb. 1995-ci il təvəllüdlü Səxavət Rüstəm oğlu Hüseynov idarə etdiyi “01-BC-889” dövlət nömrə nişanlı “VAZ 21-06” markalı avtomobili yol qırağında olan su bulağına çırpıb. Nəticədə sürücü hadisə yerində ölüb, avtomobildə olan digər sərnişinlər 1995-ci il təvəllüdlü Yaqub  Babayev, 1993-cü il təvəllüdlü Mətləb Şirinov və yolun kənarında olan piyada 1989-cu il təvəllüdlü Əmikişi Alışov ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1534

Oxşar yazılar