[b]Bakıda naməlum kişi meyiti tapıldı[/b]
18 iyul 2018 12:19 (UTC +04:00)

[b]Bakıda naməlum kişi meyiti tapıldı[/b]

Bakı şəhərində bədənində çoxsaylı döymələr olan kişi meyiti tapılıb.

 

APA-nın məlumatına görə, iyulun 17-də paytaxtın Xəzər rayonu, Qala qəsəbəsi ərazisində, yol kənarında 35-40 yaşlarında naməlum kişi meyiti aşkar edilib. Meyitə baxış keçirilərkən onun üzərində zorakılıq əlamətləri müəyyən edilməyib. İdman paltarında olan həmin şəxsin bədənində çoxsaylı döymələr olub. Belə ki, onun kürəyində rusca yazı, bulud üzərində qandallı qadın təsviri, sol bazunun bayır səthində hörümçək toru təsviri, sol said tərəfdə qızılgül təsviri, sağ bazu tərəfdə hörümçək toru təsviri, sağ said səthində tikanlı məftil təsviri, döş qəfəsinin ön səthində pələng təsviri, sol budun ön səthində baş skletinə sancılmış xəncər təsviri, sol baldırın yuxarı ön səthində yanan-əriyən şam təsviri, sağ baldırın orta bayır səthində kəlləyə sancılmış xəncər təsviri, sağ baldırın aşağı ön hissəsində ayaq pəncəsinə doğru iynəsini qaldırmış əqrəb təsviri əks olunub.

 

Meyiti tapılan şəxsin ölüm səbəbi və şəxsiyyəti hələlik məlum deyil.

 

 

Faktla bağlı Xəzər rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 308

Oxşar yazılar

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

22 iyun 2025 , 00:35
Sumqayıtda kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti tapıldı

21 iyun 2025 , 22:46
Cəlilabadda ağır qəza, bir nəfər öldü

Cəlilabadda ağır qəza, bir nəfər öldü

21 iyun 2025 , 20:12
DTX-nın saxladığı  icra başçısı  həbs olundu

DTX-nın saxladığı icra başçısı həbs olundu

21 iyun 2025 , 20:05
Hacıqabulda TIR aşdı,  türkmənistanlı sürücü öldü

Hacıqabulda TIR aşdı, türkmənistanlı sürücü öldü

21 iyun 2025 , 19:47
Dünən itkin düşən 9 nəfər  tapıldı

Dünən itkin düşən 9 nəfər tapıldı

21 iyun 2025 , 17:42
Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

21 iyun 2025 , 16:42
Bakıda mikroavtobusla avtobus toqquşdu

Bakıda mikroavtobusla avtobus toqquşdu

21 iyun 2025 , 16:31