<b>15 min dollarlıq qızıl aldı, pulunu vermədi</b>
10 yanvar 2018 17:07 (UTC +04:00)

15 min dollarlıq qızıl aldı, pulunu vermədi

Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib. Lent.az xəbər verir ki, 1977-ci il təvəllüdlü Qasımov Yusif Əbdül oğlu polisə müraciət edərək bildirib ki, tanışı, 1986-cı il təvəllüdlü Elşən Səmədov satış məqsədi ilə ondan 15300 dollarlıq qızıl alıb.

 

Şikayətçinin sözlərinə görə, E.Səmədov 2016-cı ilin noyabrında onun işlədiyi Mərkəzi Univermaqdan xeyli qızıl götürüb. Lakin həmin şəxs verdiyi vədə əməl etməyib və qızılların pulunu verməkdən boyun qaçırıb.

 

Müraciət əsasında araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 265

Oxşar yazılar