Avtobusu minik maşını ilə toqquşdu: ölən və yaralananlar var
04 may 2013 12:58 (UTC +04:00)

Avtobusu minik maşını ilə toqquşdu: ölən və yaralananlar var

 

 Mingəçevir şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, hadisə bu gün saat 12:00 radələrində Təbriz və Naxçıvan küçələrinin kəsişməsində qeydə alınıb.

 

 

Naxçıvan küçəsi ilə hərəkət edən 90 RF 488 dövlət nömrə nişanlı sərnişin avtobusu Təbriz küçəsindən gələn 50 BL 179 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik avtomobili ilə toqquşub.

 

Hadisə nəticəsində “VAZ 21011”-in sürücüsü, Mingəçevir şəhər sakini, 1978-ci il təvəllüdlü Yunis Vəliyev ağır bədən xəsarətləri alaraq Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib, onun həyat yoldaşı, 1978-ci təvəllüdlü Vəliyeva Aynurə Arif qızı dünyasını dəyişib.

 

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. 

# 1053
avatar

Oxşar yazılar