“Muravey” qəzaya uğradı, sonra yandı
25 sentyabr 2013 10:35 (UTC +04:00)

“Muravey” qəzaya uğradı, sonra yandı

Bu gün Beyləqan şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili "Muravey" markalı motosiklet ilə toqquşub. Nəticədə yanğınla nəticələnən yol qəza hadisəsi baş verib və motosikletin yanar hissələri tamamilə yanıb.

 

Minik avtomobili yanğından mühafizə olunub. Yanğın saat 08:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

# 750
avatar

Oxşar yazılar