“Karvan” ticarət mərkəzinin işçiləri aksiya keçirir
21 oktyabr 2013 12:47 (UTC +04:00)

“Karvan” ticarət mərkəzinin işçiləri aksiya keçirir

Oktyabrın 19-da yanan “Karvan” ticarət mərkəzinin işçiləri hazırda aksiya keçirir. Lent.az-ın “Xeberle.com”a istinadən xəbərinə görə, bu gün səhər saatlarında yüzlərlə sahibkar Sumqayıt şəhər İcra hakimiyyətinin qarşına toplaşıb. Sahibkarların qarşısına çıxan “Karvan” Ticarət Mərkəzinin  İsməli adlı işçisi onları  sakitləşdirərək onlara ticarət mərkəzinə gəlməyə çağırıb. Sahibkarlara söz verilib ki, oktyabrın 22-si saat 15:00-dək zərərçəkənlərin problemləri aradan qaldırılacaq.  Sabah  “Karvan” Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhədov sahibkarlarla görüşəcək. 

 

 

Qeyd edək ki, Sumqayıtın ən böyük ticarət mərkəzi olan “Karvan”da baş verən güclü yanğın nəticəsində ticarət mərkəzində çalışan sahibkarlara külli miqdarda ziyan dəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2250

Oxşar yazılar