34 yaşlı Bakı sakini qollarını doğradı
04 may 2013 10:37 (UTC +04:00)

34 yaşlı Bakı sakini qollarını doğradı

 

May 4-də Bakının Nizami rayonunda 34 yaşlı kişi özünü öldürmək istəyib. Lent.az-ın ANSPRESS-ə istinadən məlumatına görə, Rüstəmov küçəsi ev 60, mənzil 44 ünvanında yaşayan 1979-cu il təvəllüdlü Şamil Kərimov canına qəsd etmək istəyib. O, gecə saat 00:45 radələrində qollarını doğrayıb.

Onu yaxınları huşsuz vəziyyətdə qanın içində tapıblar. Dərhal təcili yardım çağrılıb və Ş.Kərimov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.

# 537
avatar

Oxşar yazılar