2 uşaq anasını əri bıçaqlayıb
05 iyun 2013 03:00 (UTC +04:00)

2 uşaq anasını əri bıçaqlayıb

Balakəndə ər arvadını bıçaqlayıb. Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata əsasən, hadisə rayonun Hənifə kəndində baş verib. Belə ki, əslən Tərtər rayonundan olan 28 yaşlı Laçın Musayev bir neçə il əvvəl Balakəndə tanış olduğu 23 yaşlı Ülkərlə ailə həyatı qurub. Onların bu ailəlik həyatından iki uşaqları dünyaya gəlib.  Son vaxtlar Laçın və Ülkər  arasındakı ailədaxili mübahisələr artaraq münaqişəyə çevrilib. Ülkər  iki uşağını Tərtərdə ər evində qoyaraq Balakən rayonunun Hənifə kəndinə,  ata evinə qayıdıb və boşanma barədə ərizə verib. Ülkərin atdığı bu  addım  əri Laçın tərəfindən qısqanclıq və hiddətlə qarşılanıb. Laçın Balakənin Hənifə kəndinə gələrək Ülkərlə yenidən danışmaq istəyib.  Son anda  evə gizli yolla daxil olan Laçın həyət yoldaşının döş qəfəsinə bir dəfə bıçaq zərbəsi vurub. Ülkər Musayeva döş qəfəsinin kəsilmiş və deşilmiş dioqnozu ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.  

 

Laçın Musayev saxlanılıb, istintaqa verdiyi ilkin ifadəsində o tutduğu əməldən peşmançılıq hissi keçirdiyini etiraf edib.

 

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Hazırda  hadisənin təfərrüatları istintaq qrupu tərəfindən araşdırılır.

 

# 791
avatar

Oxşar yazılar

Göygöldə yeniyetmə ÇAYDA BATDI  -VİDEO -YENİLƏNİB

Göygöldə yeniyetmə ÇAYDA BATDI -VİDEO-YENİLƏNİB

19 may 2024 , 01:59
Gəncədə velosiped oğruları  saxlanıldı

Gəncədə velosiped oğruları saxlanıldı

18 may 2024 , 23:26
Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20