2 azyaşlı faciəvi şəkildə öldü
17 avqust 2013 13:16 (UTC +04:00)

2 azyaşlı faciəvi şəkildə öldü

Avqustun 16-da Sumqayıt şəhərində faciəvi hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Zərdab rayon sakini, azyaşlı Arzu Daşdəmirova Sumqayıt şəhərində qonaq olduğu dayısı Rahil Abdulovun yaşadığı 9 mərtəbəli binanın 6-cı mərtəbəsindən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

 

Daha bir azyaşlı Abşeron rayonunda bədbəxt hadisənin qurbanı olub. Mehdiabad qəsəbə sakini, azyaşlı Nəcməddin Malaçinov evlərinin həyətindəki su hovuzuna düşərək boğulub. Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

# 1058
avatar

Oxşar yazılar