20 yaşlı tələbə dənizdə boğuldu
23 iyul 2014 07:32 (UTC +04:00)

20 yaşlı tələbə dənizdə boğuldu

 

Astarada suda boğulma faktı baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə iyulun 22-də saat 16.30 radələrində şəhərin  “Köhnə avtobaza” adlanan ərazisində, nəzarət olunmayan çimərlikdə qeydə alınıb.

 

Suda batan şəxs rayonun Təngərud kənd sakini, 1994-cü il təvəllüdlü Faiq Hafiz Fətullayev olub.

 

Fövqəladə Hallar Nazirliyinin dalğıc qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində Faiq Fətullayevin meyiti boğulduğu yerdən 200 metr aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

 Məlumata görə, Hafiz Fətullayev Azərbaycan Texniki Universitetinin 4-cü kurs tələbəsi olub.

 

Faktla bağlı rayonun hüquq mühafizə orqanlarında araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1582

Oxşar yazılar