Bloger İmaməddin Əlimanovun MƏHKƏMƏSİ BAŞLADI
07 iyul 2025 10:45 (UTC +04:00)

Bloger İmaməddin Əlimanovun MƏHKƏMƏSİ BAŞLADI

Dövlət əleyhinə yönələn açıq çağırışlarda təqsirləndirilən, xaricdə yaşayan bloger İmaməddin Əlimanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Lent.az xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə baş tutub. Baş Prokurorluq tərəfindən İmaməddin Əlimanova rəsmi bildiriş göndərilməsinə baxmayaraq o, ölkəyə gəlməyib və məhkəmə onun iştirakı olmadan keçirilib.

Hakim heyəti prosesin qapalı keçirilməsi barəsdə qərar qəbul edib. Məhkəmə baxışa verilib.

Proses 18 iyunda davam etdiriləcək.

Bildirək ki, İmaməddin Əlimanov Cinayət Məcəlləsinin 12.1 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar təkrar törədildikdə) maddəsi ilə ittiham olunur.

Qeyd olunub ki, İmaməddin Əlimanov 2019-cu ilin aprel ayından başlayaraq 2021-ci ilin may ayınadək olan müddət ərzində vahid niyyətlə müxtəlif vaxtlarda “youtube”” sosial media hesabında “Xalq tv” adlı kanal təsis edib. Onun həmin kanalda, o cümlədən “Osmanqızı tv” və “İnqilab tv” kanallarında yerləşdirdiyi videomüraciətlərində və çıxışlarında digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, eləcə də Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib.

İmaməddin Əlimanov istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 27 may 2021-ci il tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Fidan Fərmanlı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 666

Oxşar yazılar