Xaçmazda nişanlı gəncin asılmış meyiti  tapıldı
09 iyun 2024 09:12 (UTC +04:00)

Xaçmazda nişanlı gəncin asılmış meyiti tapıldı

Xaçmaz rayonunun Kiçik Baraxum kəndində fərdi evlərin birinin həyətində 27 yaşlı kişi meyiti tapılıb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, meyitin həmin evdə yaşayan  Əkbərov Taleh Fikrət oğluna məxsus olub.

Onun cəsədi meyvə ağacından asılmış formada aşkar edilib. 

Taleh Ələkbərovun nişanlı olduğu, rayondakı yanacaqdoldurma məntəqələrinin birində işlədiyi bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3750
avatar

Oxşar yazılar