Ucarda  şəhidin qardaşı   FACİƏLİ şəkildə öldü
07 may 2024 15:54 (UTC +04:00)

Ucarda şəhidin qardaşı FACİƏLİ şəkildə öldü

Ucarda 25 yaşlı oğlan faciəli şəkildə ölüb. 

Lent.az xəbər verir ki, Elvin Tağızadəni elektrik cərəyanı vurub.

Hadisə nəticəsində o, həyatını itirib. Nişanlı mərhumun yaxın günlərdə toyunun olacağı bildirilib.

Qeyd edək ki, Elvin Tağızadə Mingəçevir şəhərində yaşayan, Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Cahangir Tağızadənin qardaşıdır. 19 yaşlı şəhid Cahangir Tağızadə əslən Kəlbəcərdəndir.

# 2790
avatar

Fidan İlqar

Oxşar yazılar