Toy karvanında TƏHLÜKƏLİ ANLAR:  Sürücü həbs edildi
14 noyabr 2022 16:50 (UTC +04:00)

Toy karvanında TƏHLÜKƏLİ ANLAR: Sürücü həbs edildi

Şəki rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşlarının keçirdiyi nəzarət-yoxlama tədbirləri zamanı avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının da həyatına təhlükə yaradan sürücü inzibati məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon sakini Fuad Cəfərzadə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə dostunun toy karvanında yol hərəkəti qaydalarını, ictimai asayişi nümayişkəranə şəkildə pozub, eləcə də nəqliyyat vasitəsinə sayrışan işıqlar və saxta nömrə nişanı quraşdırıb.

Sonradan avtoxuliqanlıq hərəkətlərini sosial şəbəkələrdə paylaşılıb. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.  

Məhkəmənin də qərarı ilə F.Cəfərzadə sürücülük hüququ 1 il məhdudlaşdırılmaqla 15 gün inzibati qaydada həbs edilib.

# 2169
avatar

Oxşar yazılar