Tovuz sakini döyülərək öldürülüb
22 sentyabr 2025 01:00 (UTC +04:00)

Tovuz sakini döyülərək öldürülüb

1

Sentyabrın 18-də Tovuz rayonunun Əyyublu kəndində 1961-ci il təvəllüdlü Elxan Kərim oğlu Məmmədovun meyiti tapılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun kənd sakini, əvvəllər məhkum olunmuş, 1975-ci il təvəllüdlü Yaşar Musa oğlu Qasımov tərəfindən döyülərək qəsdən öldürüldüyü müəyyən edilib.

Şübhəli şəxs Y.Qasımov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 248

Oxşar yazılar