Azərbaycanda yeniyetmə sosial şəbəkələrdə narkotiki təbliğ edib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bir neçə gün öncə “TikTok” platformasında “ll@amid52” adlı istifadəçinin narkotik vasitələri təbliğ edən video paylaşması barədə nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə vətəndaşlar tərəfindən şikayət xarakterli müraciətlər daxil olub.
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməlyyat-texniki tədbirlər nəticəsində həmin şəxsin Salyan rayon sakini 16 yaşlı Amid Məhərrəmov olması müəyyən edilib. O, valideynləri ilə birlikdə rayon Polis Şöbəsinə dəvət olunub. A.Məhərrəmovla müvafiq profilaktiki söhbətlər aparılaraq, narkotik vasitələrin təbliğinin yol verilməz olduğu barədə ona və valideynlərinə xəbərdarlıq edilib.
Yeniyetmə öz səhvini etiraf edərək paylaşdığı videonun səhifəsindən silib.