Hindistanın Odişa ştatının Kendrapara şəhəri yaxınlığındakı fermada işləyən 55 yaşlı Canaki Cejna itkin düşüb.
Lent.az yerli mətbuata istinadən xəbər verir ki, qadın Hansua çayı sahilindəki tərəvəz sahəsinə gedib və geri dönməyib.
Qadının yoxa çıxmasından narahat olan qohumları onu axtarmağa başlayıblar.
Cejnanın yeyilmiş meyiti çayın sahilindəki kolların arasında tapılıb.
Sonra qohumları xilasediciləri və meşə xidmətinin nümayəndələrini çağırıblar. Məlum olub ki, çaydakı timsahlar qadına hücum edərək onu parçalayıblar.
Hadisə yerinə gələn xilasedicilər timsahların ağzından meyitin qalıqlarını götürüb bir yerə topalayıblar.
Qeyd edək ki, sözügedən çay vadisində 1700-dən çox timsah yaşayır.