Tbilisidə etirazçılar parlamenti atəşə tutdular
06 dekabr 2024 02:03 (UTC +04:00)

Tbilisidə etirazçılar parlamenti atəşə tutdular

Tbilisidə hökumət əleyhinə keçirilən aksiyanın iştirakçıları parlament binasını pirotexniki vasitələrlə atəşə tutublar.

Lent.az xəbər verir ki,, bu barədə “IMEDİ” telekanalı məlumat yayıb.

Bildirilib ki, aksiya gecə boyu sakit davam edib. Heç bir insident qeydə alınmasa da, bir qrup naməlum gənc qəfildən əraziyə pirotexniki vasitələr gətirib və parlamentə atəş açmağa başlayıb.

Parlamentdə və ətrafda səfərbər olan polis hadisəyə reaksiya verməyib.

Hazırda qanunverici orqanın qarşısında vəziyyət stabildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1647
avatar

Oxşar yazılar