Şuşada kütləvi məzarlıq  tapıldı - YENİLƏNİB
03 iyun 2023 13:48 (UTC +04:00)

Şuşada kütləvi məzarlıq tapıldı - YENİLƏNİB

"Şuşa həbsxanasında təsərrüfat işləri aparılarkən burada insan qalıqları tapılıb. Bu qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə aid olduğunu ehtimal edirik".

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Elmlər Akademiyasının Arxeologiya, Antropologiya və Etnoqrafiya institutunun elmi katibi ve ekspedisiya rəisi Akif Quliyev deyib.

"Hazırda 3-4 insan skeleti fraqmenti görünür. Yaxın zamanda burada tədqiqat aparılacaq. Bundan sonra burada nə qədər insan qalığı olduğunu dəqiq deyə bilərik" - deyə, Akif Quliyev əlavə edib.

***

Saat: 13:27

Şuşa ərazisində kütləvi məzarlıq aşkar olunub.

Lent.az xəbər verir ki, kütləvi məzarlıq Şuşa həbsxanası yaxınlığında qazıntı aparılarkən tapılıb.

Buradakı insan qalıqlarının həbsxanada saxlanılan azərbaycanlı əsirlərə aid olduğu bildirilir.

Şuşada, həbsxana yaxınlığında kütləvi məzarlığın aşkarlanması, işğal dövründə erməni silahlıları tərəfindən insanlıq əleyhinə törədilən cinayətlərin sübutu kimi izah olunur.

Xatırladaq ki, daha əvvəl Başlıbel, Edilli, Fərrux ərazilərində də kütləvi məzarlıqlar aşkar edilmişdi.

# 2580
avatar

Oxşar yazılar