Sumqayıtda bir nəfər özünü dənizə atıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sumqayıt dənizkənarı bulvarında, ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazidə 1 nəfər intihar məqsədilə özünü dənizə atıb. Dərhal hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub.
Onların çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.