Sosial şəbəkələrdə “avtoş” videosu paylaşan şəxs saxlanıldı
30 yanvar 2022 11:04 (UTC +04:00)

Sosial şəbəkələrdə “avtoş” videosu paylaşan şəxs saxlanıldı

Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb.

Lent.az APA-ya istinadən bildirir ki, DİN Gəncə Regional Qrupundan verilən məlumata görə, Gəncə sakini İlham Nəbiyev şəhərin Hacıkənd qəsəbəsində “VAZ 2107” markalı avtomobillə qarlı havada təhlükəli manevrlər edərək qəza vəziyyəti yaradıb və bu avtoxuliqanlığı videoya çəkərək sosial şəbəkələrdə paylaşıb.

Polis əməkdaşlarının apardıqları əməliyyatlar nəticəsində şəhər sakini İ. Nəbiyev saxlanılıb və onun barəsində protokol tərtib edilərək cərimələnib.

DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov deyib ki, Gəncə Yol Polis idarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində keçirdiyi reydlər nəticəsində ayrı-ayrı ərazilərdə nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi edən sürücülər saxlanılıb. Onların avtomobilləri cərimə meydançasına aparılıb, özləri isə inzibati məsuliyyətə cəlb olunublar.

# 1644
avatar

Oxşar yazılar