Aprelin 19-da saat 22 radələrində Şamaxı rayonunun Çarhan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, “Niva” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Orxan İsayev idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarındakı ağaca çırpıb.
Hadisə nəticəsində ağır xəsarət alan sürücü xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Faktla bağlı Şamaxı rayon polis şöbəsində cinayət işi başlanıb, istintaq davam edir.