Sabirabadda avtomobil piyadanı ağır yaraladı
30 iyun 2022 00:17 (UTC +04:00)

Sabirabadda avtomobil piyadanı ağır yaraladı

Sabirabadda piyadanın xəsarət alması ilə nəticələnən qəza baş verib.

Lent.az-ın məlumatına görə, hadisə Sabirabad şəhərində qeydə alınıb. “Opel” markalı avtomobil yolu keçən şəhər sakini, 1952-ci il təvəllüdlü Hüseynov Ataş Əlisahib oğlunu vurub. Piyada müxtəlif bədən xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 

Əlibəy Zeynallı

# 885
avatar

Oxşar yazılar