Rusiyada terror nəticəsində ölənlərin sayı  150-yə çatdı  - YENİLƏNİB
23 mart 2024 15:19 (UTC +04:00)

Rusiyada terror nəticəsində ölənlərin sayı 150-yə çatdı - YENİLƏNİB

"Crocus City Hall" konsert zalında törədilən terror aktı 150 nəfərin həyatına son qoyub.

Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, bu barədə “112” Telegram kanalı mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, bu rəqəm yekun deyil, ölənlərin sayı artacaq.

***

14:03

Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da terror aktı nəticəsində ölənlərin sayının 115 nəfərə çatdığını açıqlayıb.

Bildirilib ki, dağıntıları təmizləyərkən fövqəladə hallar xidmətləri daha çox meyit aşkarlayıb.

***
12:34

Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da terror aktı nəticəsində ölənlərin sayının 93 nəfərə çatdığını açıqlayıb.

***

10:00

Rusiyanın Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a hücumda ölənlərin sayı 82 nəfərə çatıb.

Lent.az xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.

“Ölənlərin sayı, 3-ü uşaq olmaqla 82 nəfərə çatıb”, - nəşr yazır.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, Krasnoqorskda “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin siyahısı Moskva vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 11:00) açıqlanacaq.

Terror aktından zərərçəkənlər Moskvanın 12 xəstəxanasına yerləşdirilib.

# 6249
avatar

Oxşar yazılar

İşçiləri müqaviləsiz işlədən şirkətə AĞIR CƏZA

İşçiləri müqaviləsiz işlədən şirkətə AĞIR CƏZA

17 may 2024 , 12:00
Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşənlər tapıldı

17 may 2024 , 11:47
Bir günə 10-dan çox adamın 20 min manatı  ələ keçirildi

Bir günə 10-dan çox adamın 20 min manatı ələ keçirildi

17 may 2024 , 11:25
Nəsib Mehdiyev Bakı aeroportunda   saxlanıldı

Nəsib Mehdiyev Bakı aeroportunda saxlanıldı

17 may 2024 , 10:41
Gəncədə kişi qazdan boğulub öldü

Gəncədə kişi qazdan boğulub öldü

17 may 2024 , 09:20
APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib

APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib

17 may 2024 , 08:25
Zaqatalada 6 otaqlı ev yanıb KÜL ÖLDU

Zaqatalada 6 otaqlı ev yanıb KÜL ÖLDU

17 may 2024 , 07:33
Hacıqabulda "Toyota" maneəyə çırpıldı, sərnişin öldü

Hacıqabulda "Toyota" maneəyə çırpıldı, sərnişin öldü

17 may 2024 , 04:30