Respublika Endokrinoloji Mərkəzində  əməliyyat keçirilməsinin   səbəbi AÇIQLANDI
17 mart 2025 16:37 (UTC +04:00)

Respublika Endokrinoloji Mərkəzində əməliyyat keçirilməsinin səbəbi AÇIQLANDI

“Respublika Endokrinoloji Mərkəzində əməliyyat inzibati işlər üzrə direktor müavini vəzifəsində çalışmış Vəfa Kərimovadan edilən şikayət əsasında keçirilib”.

Lent.az-ın xəbərinə görə, bunu APA-ya açıqlamasında Respublika Endokrinoloji Mərkəzinin direktoru vəzifəsində çalışmış Nərmin İsmayılova bildirib.

Əməliyyat nəticəsində saxlanılan olmayıb

Onun sözlərinə görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Endokrinoloji Mərkəzində bu il martın 11-də əməliyyat keçirib. Əməliyyat nəticəsində saxlanılan olmayıb.

N. İsmayılova qeyd edib ki, aparılan araşdırma ilə bağlı özü və digər əməkdaşlar ifadə verib.

Barəsində səslənən ittihamlara münasibət bildirən Nərmin İsmayılova deyib ki, 6 il rəhbər vəzifədə olmaqla, 28 il bu sahədə çalışıb: “Mən aliməm. Mənimlə bağlı şikayət olunmayıb. Vəzifəli şəxs olduğum üçün bu məsələdə adım hallanır. Yazıblar ki, orada insulin satılıb. Mən insulin satanam? İnsulini necə satmaq olar? Mərkəzdə 1300 uşaq qeydiyyatdadır. Onlar vaxtında insulinlə təmin olunur. Bəzən heç insulin çatmır. Belə olan halda necə satıla bilər?”

TƏBİB mərkəzdə maliyyə yoxlaması aparıb

N. İsmayılovanın sözlərinə görə, bu il 12-17 yanvar tarixlərində TƏBİB mərkəzdə maliyyə yoxlaması aparıb: “Dərman preparatları bir-bir yoxlanıb. İnsulinlə yanaşı, bizdə uşaqlara boy hormonu verilir. Onunla bağlı kiminsə şikayəti olubmu? Xeyr, qeydiyyatda olan xəstələrdən kimsə şikayət etməyib. İnsulin satılması faktı da olmayıb. İnsulin dövlət tərəfindən pulsuz təmin olunur. Yalnız xüsusi qrup xəstələrə verilir”.

Onun sözlərinə görə, cinayət işi açılsa da, saxlanılan olmayıb: “Məni iş üzrə bir dəfə ifadə vermişəm. Mən hər zaman dövlətin mənafeyini qorumuşam”.

O, barələrində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi haqda məlumatı təkzib edib.

N. İsmayılova əməliyyatdan sonra özünün və baş həkim Ülviyyə Əhmədova işdən öz ərizələri ilə çıxdıqlarını deyib.

Direktor müavini vəzifəsində çalışan Vəfa Kərimova isə 46 saylı şəhər poliklinikasına baş həkim vəzifəsinə təyin olunub: “O, 1 aydır bizimlə əməkdaşlıq etmirdi”.

N. İsmayılova mərkəzin direktoru vəzifəsində hələlik təyinat olmadığını bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Respublika Endokrinoloji Mərkəzində əməliyyat keçirilməsi barədə mətbuatda məlumatlar yayılıb.

Əməliyyat nəticəsində bir neçə vəzifəli şəxsin - Mərkəzin direktoru Nərmin İsmayılova, inzibati işlər üzrə sabiq direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyyə Əhmədova barəsində cinayət işi başlanıldığı, onların məsuliyyətə cəlb olunduğu bildirilib.

Onların barəsində ev dustaqlığı qətimkan tədbirinin seçildiyi bildirilib.

Müvafiq qurumlar indiyədək bu barədə hər hansı açıqlama yaymayıb.

Direktor: Respublika Endokrinoloji Mərkəzində əməliyyat şikayət əsasında keçirilib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1872

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15