Qusarda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə gecə saat 1 radələrində Əniğ kəndində baş verib.
Kənd sakini 31 yaşlı Həsənov Şıxseyid Mübariz oğlu yaşadığı evin həyətində özünü asaraq canına qəsd edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.