Qızlardan ibarət dəstə  rusiyalıların evlərini qarət etdi
31 yanvar 2024 12:13 (UTC +04:00)

Qızlardan ibarət dəstə rusiyalıların evlərini qarət etdi

Türkiyənin Mersin şəhərinin rusdilli sakinlərinin 50-dən çox mənzili yerli qızlardan ibarət dəstə tərəfindən qarət edilib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, ümumi ziyanın milyon yarım dolları keçdiyi, Rusiya, Belarus və Ukrayna vətəndaşlarının zərər çəkdiyi qeyd edilir.

Zərərçəkənlərdən biri bildirib ki, oğurluq hadisələri ötən ilin may ayında başlayıb. Oğrular ev sahibləri evdə olmayan zaman qapıları sındıraraq pul və qiymətli əşyaları çıxarıblar. O hesab edir ki, yaşayış komplekslərinin işçilərindən kimsə onlara kömək edib.

Bildirilir ki, bəzən oğrular ev sahiblərinin gözü qarşısında mənzillərə soxulur, sonra isə qaçmağa məcbur olurlar.

Məlumata görə, oğruların şəxsiyyəti müəyyən edilib. Onlar bir neçə dəfə saxlanılıb, lakin tezliklə azad ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3672
avatar

Oxşar yazılar