Qaxda minik avtomobili traktorla toqquşdu: yaralananlar var
07 iyun 2024 12:44 (UTC +04:00)

Qaxda minik avtomobili traktorla toqquşdu: yaralananlar var

Qaxda minik avtomobili traktorla toqquşub. 

Lent.az-ın məlumatına görə, hadisə rayonun Əlibəyli kəndinin girişində baş verib.

Hərəkətdə olan “Hunday” markalı minik avtomobili traktorla toqquşub.

Qəza nəticəsində xəsarət alan dörd nəfər Qax rayon sakinləri - 1981-ci il təvəllüdlü Cəfər İsmayıl oğlu İsmayılov, 1981-ci il təvəllüdlü Oruc Nurməmməd oğlu Əhmədov, Hicran Şamil oğlu Hacıxanov və Elsevər Nurməmməd oğlu Əhmədov aldıqları müxtəlif bədən xəsarətləri ilə qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

Hazırda yaralıların müayinəsi aparılır. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4494
avatar

Oxşar yazılar