İtaliyanın şimalında Alp dağlarında qar uçqunu baş verib.
Lent.az “Le Matin” saytına istinadla xəbər verir ki, buzlağın bir hissəsinin qırılması qar uçqununa səbəb olub.
Hadisə nəticəsində 6 nəfər həlak olub, 8 nəfər xəsarət alıb. Hadisə yerinə helikopterlər cəlb edilib. Buz təbəqəsinin sınmasına dağ zirvəsində temperaturun +10 dərəcə Selsiyə çatması səbəb olub. Ekoloqlar bu cür hadisələrin təkrarlanacağı barədə xəbərdarlıq ediblər.