Oğlunun ölümündə cadugərlərdən  şübhələndi: 100-dən çox insan məhv edildi
09 dekabr 2024 18:41 (UTC +04:00)

Oğlunun ölümündə cadugərlərdən şübhələndi: 100-dən çox insan məhv edildi

Faciə dəstə başçısının övladının xəstələnərək dünyasını dəyişməsindən və onun xəstəliyinin cadugərliklə bağlı olmasından sonra baş verib.

Haitinin paytaxtı Port-o-Peins yaxınlığındakı Site- Soleil çöllərində, dəstə ən azı 110 nəfəri öldürərək qətliam törədib. 

Lent.az bildirir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. 

Qırğına səbəb dəstə başçısı Monel “Mikano” Feliksin dekabrın 7-də dünyasını dəyişən övladının cadugərlik yolu ilə zədələndiyinə dair şübhələri olub. 

Kişinin uşağın xəstəliyi ilə bağlı məsləhət istədiyi vudu keşişindən sonra bir qrup yaşlı insanı cadu ilə uşağa zərər verməkdə günahlandırılıb və kütləvi qətl əmri verib.

Dəstə üzvləri dekabrın 6-da ən azı 60, dekabrın 7-də isə 50 nəfəri pala və bıçaqla qətlə yetiriblər. Qurbanların hamısı 60 yaşdan yuxarı olub.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1647
avatar

Oxşar yazılar