Narkotacirlərə kömək edən polis həbs olundu
01 mart 2024 17:18 (UTC +04:00)

Narkotacirlərə kömək edən polis həbs olundu

Rusiyanın Sıktıvkar Şəhər Məhkəməsi polis məmurunu narkotik satıcılarına rəsmi məlumat ötürməkdə, habelə qadağan olunmuş maddələrin yayılmasında vasitəçilikdə ittiham edərək həbs edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, nəqliyyat polisi əməkdaşı Cinayət Məcəlləsinin bir neçə maddəsilə ittiham olunur. O, aprelin 27-dək həbsdə qalacaq.

İstintaqın məlumatına görə, müttəhim hüquq-mühafizə orqanlarında vəzifə tutaraq onlayn mağazanın “işçilərinə” narkotik vasitələrin qanunsuz satışına köməklik edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21594
avatar

Oxşar yazılar