Məktəbli qızın içkisinə “yuxu dərmanı” qatdılar: “AYILANDA ÇILPAQ İDİM”
13 noyabr 2021 10:12 (UTC +04:00)

Məktəbli qızın içkisinə “yuxu dərmanı” qatdılar: “AYILANDA ÇILPAQ İDİM”

Rusiyanın paytaxtı Moskvada 13 yaşlı məktəbli qıza qarşı təcavüz olunub.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları 7-ci sinif şagirdinin zorlanması faktı ilə bağlı cinayət işi açıb. 

İki nəfər - doqquzuncu və on birinci sinif şagirdləri şübhəli şəxs qismində saxlanılıb. 

İlkin məlumata görə, hadisə Lukinskaya küçəsindəki mənzildə baş verib. Həmin gün 7-ci sinif şagirdi 9-cu sinifdə oxuyan dostuna baş çəkməyə gəlib. Dediyinə görə, bir az sonra onu yuxu tutub: “Ayılanda mətbəxdə çılpaq idim. Dostumun yanında tanımadığım bir oğlan da var idi”.

Yeniyetmə qızın anası övladının içkisinə yuxugətirici maddə töküldüyünü bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4260

Oxşar yazılar