Masazırda dəhşətli yanğın: 2 nəfər öldü  -VİDEO
02 sentyabr 2025 07:31 (UTC +04:00)

Masazırda dəhşətli yanğın: 2 nəfər öldü -VİDEO

Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində yanğın olub.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmət məlumat yayıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Baş vermiş yanğın yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb və bitişik digər evlərə keçməsinə imkan verilmədən tam söndürülüb.

Yanğın nəticəsində hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları və bitişik hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyü 40 m² sahədə yanıb.

Bildirilib ki, ikinci evin 1-ci və 2-ci mərtəbələri və digər bitişik evlər yanğından mühafizə edilib.

Yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1008

Oxşar yazılar