Lənkəranda itkin düşən var:   İşə gedən 29 yaşlı kişi evə qayıtmayıb
13 iyul 2024 17:29 (UTC +04:00)

Lənkəranda itkin düşən var: İşə gedən 29 yaşlı kişi evə qayıtmayıb

Lənkəranda 29 yaşlı kişi itkin düşüb.

Lent.az bildirir ki, yaxınlarının APA - nın cənub bürosuna verdiyi məlumata görə, Toğrul Eldəniz oğlu Quluzadə dünən səhər saat 06:00-da işə gedib. Gündüz saat 11 radələrində işlədiyi yerdən, uşaqların xəstə olmaları və evə getmək məcburiyyətində olduğu üçün icazə alıb. O saatdan bu vaxta kimi T.Quluzadədən heç bir xəbər yoxdur.

Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Toğrul Quluzadəni görən, ondan məlumatı olanlardan polisə və ya +994504048464 nömrəsinə məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2238
avatar

Oxşar yazılar