Lənkərana qonaq gedən şəxsin MÜƏMMALI ÖLÜMÜ
18 sentyabr 2022 19:43 (UTC +04:00)

Lənkərana qonaq gedən şəxsin MÜƏMMALI ÖLÜMÜ

Lənkərana qonaq gedən şəxs, dəniz kənarında vəfat edib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Bakı şəhərindən Lənkərana qonaq gedən 1972-ci il təvəllüdlü Hicran Cəfər oğlu Hüseynov, Lənkəranda dəniz kənarındakı “Beluqa” istirahət məkanına istirahətə yollanıb.

Hələlik bilinməyən səbəblərdən Hicran Hüseynov orda dünyasını dəyişib. Meyit müayinə olunması üçün morqa aparılıb. Hazırda faktla bağlı araşdırma aparılır. Ölümün səbəbi dəqiqləşdirilir.

Əlavə məlumat veriləcək.

# 2688
avatar

Oxşar yazılar