Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Lent.az-ın məlumatına görə, hadisə "Koroğlu" stansiyası yaxınlığında qeydə alınıb.
1980-ci il təvəllüdlü Abdullayev Nail Fuad oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə Hava limanı istiqamətində hərəkətdə olarkən 40-45 yaşlarda kişini vurub.
Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.