Kişi ögey qızını zorladı
17 fevral 2024 14:45 (UTC +04:00)

Kişi ögey qızını zorladı

Rusiyanın Sankt-Peterburq şəhərinin Krasnoselski rayonunda 18 yaşlı qız ögey atasını zorlamada ittiham edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, Qorelovo şəhərinin 18 yaşlı sakini hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edib. Qız bildirib ki, fevralın 17-nə keçən gecə əvvəllər məhkum olunmuş ögey atası tərəfindən zorlanıb.

Cinayət axtarışının əməliyyatçıları şübhəli şəxsi saxlayıb. Məlum olub ki, 46 yaşlı kişi əvvəllər də məhkumluq həyatı yaşayıb. O, ağır cinayətdə təqsirli bilinib və 2017-ci ildə azadlığa çıxıb.

Zorlama faktı ilə bağlı cinayət işi başlanıb, hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4917
avatar

Oxşar yazılar