Kanalda batan 14 yaşlı oğlanın MEYİTİ TAPILDI
04 iyun 2022 18:41 (UTC +04:00)

Kanalda batan 14 yaşlı oğlanın MEYİTİ TAPILDI

Mingəçevirdə kanalda batan yeniyetmənin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, mayın 29-da Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 14 yaşlı Əliyev Ayxan Məhəmməd oğlunun axtarışları başa çatıb.

A.Əliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən təqribən 3 km aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2451
avatar

Mehman Nəbiyev

Oxşar yazılar