İsmayıllı və Qəbələ sakinlərindən 16 tüfəng götürüldü
02 mart 2024 15:07 (UTC +04:00)

İsmayıllı və Qəbələ sakinlərindən 16 tüfəng götürüldü

Baş verə biləcək ağır cinayətlərin qarşısının alınması məqsədilə vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbirləri ilə İsmayıllı rayonunda 3, Qəbələdə isə son 2 ay ərzində  13 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.

# 2235
avatar

Oxşar yazılar