İşçilərin maaşlarını kəsən  şirkətlərlə bağlı araşdırma BAŞLANDI
14 fevral 2025 14:07 (UTC +04:00)

İşçilərin maaşlarını kəsən şirkətlərlə bağlı araşdırma BAŞLANDI

Vətəndaşların əmək hüquqlarının pozulması halları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı “Medera Hospital” MMC, “Abbasoğlu İnşaat” MMC, “Yol Tikintiservis” MMC, “Dream Construction” MMC, “Lock Service” MMC və  “Apaydın Tatil” MMC-nin vəzifəli şəxsləri, həmçinin fiziki şəxs T.F.Teymurov tərəfindən işçilərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib. 

Bundan başqa “İlkin-E” şirkəti, “Kerama Trade” MMC və “KNN-Construction LTD” MMC-nin vəzifəli şəxsləri tərəfindən işçilərə əmək haqqı və son haqq-hesabın ödənilməməsi nəticəsində qanunvericiliklə nəzərdə tutulmuş əmək hüquqlarının kobud şəkildə pozulması müəyyən edilib.

Göstərilən faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 192.4-cü (işçinin əmək haqqının ödənilməsində qanun pozuntularına yol verilməsi) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə və Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5912

Oxşar yazılar

Bakıda evdən kişi meyiti  tapıldı

Bakıda evdən kişi meyiti tapıldı

4 iyun 2025 , 19:33
Gədəbəydə qadın yaşadığı evdə ölü tapıldı

Gədəbəydə qadın yaşadığı evdə ölü tapıldı

4 iyun 2025 , 18:26
Azərbaycanda qanunsuz dini təbliğat aparanlar ölkədən QOVULDU

Azərbaycanda qanunsuz dini təbliğat aparanlar ölkədən QOVULDU

4 iyun 2025 , 17:20
4 ay əvvəl təyin olunan polis rəisi istefa verdi

4 ay əvvəl təyin olunan polis rəisi istefa verdi

4 iyun 2025 , 17:16
Azərbaycanın dünyada axtardığı şəxs Ukraynada tutuldu

Azərbaycanın dünyada axtardığı şəxs Ukraynada tutuldu

4 iyun 2025 , 16:50
Birləşmiş Ərəb Əmirliyi onu Azərbaycana təhvil verdi

Birləşmiş Ərəb Əmirliyi onu Azərbaycana təhvil verdi

4 iyun 2025 , 16:43
Sabirabadda yanaraq ölən ailənin FOTOLARI

Sabirabadda yanaraq ölən ailənin FOTOLARI

4 iyun 2025 , 16:38
Əlil qardaşlar evdə diri-diri yandılar

Əlil qardaşlar evdə diri-diri yandılar

4 iyun 2025 , 16:20