İmişlidə yol polisi cərimələdiyi  sürücüləri söyüb?   - İddialara CAVAB
22 sentyabr 2022 17:58 (UTC +04:00)

İmişlidə yol polisi cərimələdiyi sürücüləri söyüb? - İddialara CAVAB

İmişlidə yük avtomobili sürücülərini yol polislərinin təhqir etməsi barədə iddialar yayılıb.

Lent.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Bildirilib ki, İmişli rayon Dövlət Yol Polisinin əməkdaşları dayanma-durma nişanı olmayan yerdə 2 “KamAz” sürücüsünü saxlayıb və 20 manat cərimələyib. İddiaya əsasən, sonra həmin sürücüləri yol polisləri təhqir edib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Lent.az-a iddiaların həqiqət olmadığını bildirib:

“Sentyabrın 18-də İmişli rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman Ağsu-Bəhrəmtəpə-Kürdəmir yolunun İmişli rayonu ərazisində keçən hissəsində, İmişli Şəkər Zavodunun yaxınlığında 3 yük avtomobilinin sürücüsü tərəfindən dayanma və durma qaydalarının pozulduğunu aşkarlayıblar.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı yol polisi inspektorları tərəfindən qanunvericiyə uyğun olaraq tədbirlər görülüb və sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Qaydaları pozan sürücülərin təhqir olunması ilə bağlı səsləndirilən fikirlər isə böhtan xarakterlidir və həqiqəti əks etdirmir”.

# 1935
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Tovuzda zəlzələ oldu

Tovuzda zəlzələ oldu

4 may 2024 , 14:28
13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı

13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı

4 may 2024 , 13:12
Abşeronda ƏMƏLİYYAT:  saxta "Ariel", "Domestos", "Fairy" hazırlanırmış - VİDEO

Abşeronda ƏMƏLİYYAT: saxta "Ariel", "Domestos", "Fairy" hazırlanırmış - VİDEO

4 may 2024 , 12:53
Bakıda "cip" 5-10 km sürətlə  kişini vurub öldürdü

Bakıda "cip" 5-10 km sürətlə kişini vurub öldürdü

4 may 2024 , 12:39
Bakıda evdən qadın meyiti tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

4 may 2024 , 12:06
Bakıda evdən 7 minlik  OĞURLUQ

Bakıda evdən 7 minlik OĞURLUQ

4 may 2024 , 11:33
Salyanda DƏHŞƏT:  22 yaşlı oğlan özünü asdı

Salyanda DƏHŞƏT: 22 yaşlı oğlan özünü asdı

4 may 2024 , 10:02
Qaxda mağaza sahibindən oğurluq edilib - VİDEO

Qaxda mağaza sahibindən oğurluq edilib - VİDEO

4 may 2024 , 09:24